Yuxarı
    Bağlamaq

    İstanbulda Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı üzrə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunacaq

    QDİƏT-ə üzv ölkələrin iştirak etdiyi kənd təsərrüfatı nazirlərinin ikinci iclası keçirilir© Report.az

    İstanbul. 16 may. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin iştirak etdiyi kənd təsərrüfatı nazirlərinin ikinci iclası keçirilir. 

    "Report"un Türkiyə bürosunun verdiyi məlumata görə, Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin təşkilatçılığı ilə baş tutan beynəlxalq tədbirə Azərbaycan, Rusiya, Gürcüstan, Moldova, Rumıniya, Yunanıstan, Bolqarıstan, Makedoniya və digər üzv ölkələrin kənd təsərüfatı nazirləri, nazir müavinləri və beynəlxaq təşkilatların nümayəndələri qatılıblar. 

    İki gün davam edəcək iclasda ölkələrarası əməkdaşlıq əlaqələrinin perspektivləri ətrafında müzakirələr aparılır. Dünyada qida təhlükəsizliyi, ət və süd məhsullarının beynəlxalq standartlara uyğun keyfiyyət nəzarətinin tənzimlənməsi, orta statistik istehlakçının gündəlik qida tələbatında yol verdiyi israfçılıq və digər mövzular panel müzakirələrdə gündəmə gətirilib. Daha sonra tədbir iştirakçıları üzv ölkələrin kənd təsərrüfatı məhsullarından ibarət sərgini ziyarət ediblər. Qapalı müzakirələrlə davam etdirilən tədbir çərçivəsində ikitərəfli görüşlər keçirilib.

    Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə "Report"a açıqlamasında bildirib ki, tədbir çərçivəsində Azərbaycan və Türkiyə arasında son illərdə daha da intensivləşən kənd təsərrüfatı sahəsindəki əməkdaşlıq əlaqələrinin yüksək səviyyəyə çatdırılması məqsədilə fikir mübadiləsi aparılacaq. 

    İclasın ikinci günündə Türkiyənin baş naziri Binəli Yıldırım da iştirak edəcək.

    Qeyd edək ki, tədbir çərçivəsində Rusiya və Türkiyənin Kənd Təsərrüfatı nazirlikləri arasında bir sıra müqavilələr imzalanacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi