İsmayıllıda iri və xırdabuynuzlu heyvanlar kütləvi tələf olur - FOTO

İsmayıllıda iri və xırdabuynuzlu heyvanlar kütləvi tələf olur - FOTO Rayonda 15-ə yaxın iri və xırdabuynuzlu heyvanlar naməlum səbəbdən tələf olub
ASK
22 Aprel , 2017 14:00
İsmayıllıda iri və xırdabuynuzlu heyvanlar kütləvi tələf olur - FOTO
Report.az

İsmayıllı. 22 aprel. REPORT.AZ/ İsmayıllı rayonunda iri və xırdabuynuzlu mal-qara arasında  kütləvi ölüm halları qeydə alınıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Qubaxəlili kənd sakinlərinə məxsus 15-ə yaxın iri və xırdabuynuzlu heyvanlar naməlum səbəbdən tələf olub.

 Kənd sakinləri Orxan Mehdiyev və Maqsud Babayevin sözlərinə görə, heyvanlar arasında kütləvi ölüm hallarının artması hər hansı yoluxucu xəstəliyin olmasından xəbər verir. Kənd sakinləri həmçinin bildirib ki, ölüm halları daha çox yeni doğulan heyvanlar arasında geniş yayılıb. 

İsmayıllı Rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyevin "Report"un yerli bürosuna verdiyi məlumata görə, heyvanlar arasında ölüm hallarının səbəbini yoluxucu xəstəliklərdə axtarmaq olmaz: "İsmayıllı rayonunda 51 624 baş iri,180 455 xırdabuynuzlu,1 586 təkdırnaqlı heyvan siyahıya alınıb. Yoluxucu xəstəliklərin qarşısın almaq üçün dövlət tərəfindən pulsuz vaskinlər paylanılaraq heyvanlara vurulur. Rayon ərazisində heyvanlar arasında baş verən ölüm hallarının səbəbini ona görə, yoluxucu xəstəliklərdə axtarmaq olmaz deyirəm ki, çünkü, yoluxucu xəstəliklərə qarşı rayon ərazisində bütün heyvanlara vaksinlər vurulub. Lakin, baytarlıq xidmətinin əməkdaşları tərəfindən ölən heyvanlardan nümunələr götürülərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə göndərilib. Araşdırmalardan sonra heyvanlar arasında ölüm hallarının hansı səbəbdən baş verməsi məlum olacaq".

Son xəbərlər

Orphus sistemi