Yuxarı
    Bağlamaq

    İrandan gətirilən kartofda qurd tapılıb

    Məhsul Sumqayıt şəhər Təmizlik Departamenti MMC-nin poliqonunda məhv edilib

    Bakı.17 aprel. REPORT.AZ/ İrandan idxal edilən məhsullara fitosanitar nəzarət həyata keçirilərkən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX) Bakı-Abşeron rayonlararası BKM-nin müfəttişləri tərəfindən 4 500 kq kartofda karantin tətbiq edilən zərərli orqanizim olan kartof güvəsi (Phthorimaea operculella Zell) aşkar edilib.

    Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, adı çəkilən məhsul kartof güvəsinin təhlükəliliyi nəzərə alınmaqla və karantin tətbirləri sisteminə riayət etməklə Sumqayıt şəhər "Təmizlik Departamenti" MMC-nin poliqonunda məhv edilib.

    Qeyd edək ki, kartof güvəsi kartof, badımcan, pomidor, bibər, tütün və quşüzümü fəsiləsinə aid yabanı bitkilərin karantin zərərvericisidir. Anbar və digər saxlama yerlərində diapauzaya düşmədən il boyu çoxala bilər.

    Zərərverici yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır və daha çox kartofa ziyan vurur. Zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə güclü yoluxur, görkəmini və əmtəəlik keyfiyyətini itirir.

    DFNX mütəmadi olaraq Azərbaycan ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə genişmiqyaslı təcrid və ləğedici tədbirlər həyata keçirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi