Yuxarı

​İranda beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək

Sərgi mayın 30-dan iyunun 2-dək davam edəcək

Bakı. 20 may. REPORT.AZ/ İranda XXIII beynəlxalq kənd təsərrüfatı və avadanlıqları sərgisi keçiriləcək. “Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən xəbər verir ki, paytaxt Tehran şəhərində təşkil olunacaq sərgi mayın 30-dan iyunun 2-dək davam edəcək.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvətlidirlər.

Sərgi haqqında ətraflı məlumat əldə etmək istəyənlər İranın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi