İran Azərbaycana üçüncü ölkələrin bazarına birgə çıxmağı təklif edib

İran Azərbaycana üçüncü ölkələrin bazarına birgə çıxmağı təklif edib İslam ölkəsi Urmiya bölgəsinə azərbaycanlı iş adamlarını qarşılıqlı əməkdaşlığa dəvət edib
ASK
6 Dekabr , 2016 20:22
İran Azərbaycana üçüncü ölkələrin bazarına birgə çıxmağı təklif edib

Bakı. 6 dekabr. REPORT.AZ/ İranın Urmiyə vilayətinin Ticarət, Sənaye, Kənd Təsərrüfatı və Mədən Palatasının prezidenti Hassan Entezarın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) görüş keçirib.

ASK-dan "Report"a daxil olan xəbərə görə, görüşdə iqtisadi və ticarət əlaqələri ilə bağlı müzakirələr aparılıb.

ASK-nın prezidenti Məmməd Musayev Azərbaycan-İran ticarət əlaqələrinin inkişafı, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün ölkədə böyük potensial olduğundan söhbət açıb. O deyib ki, son vaxtlar keçirilən Azərbaycan-İran biznes forumlar, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri gələcək əməkdaşlığın təməl daşını qoyur. Gələn il sahibkarlardan ibarət böyük nümayəndə heyəti ilə İrana səfər edəcəyini deyən M.Musayev bu səfərin münasibətlərin səmərəli əməkdaşlıq üçün faydalı olacağına da ümid etdiyini bildirib.

H.Entezar Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğundan, iki ölkə arasında özəl sektorunun müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarının mövcudluğundan danışıb. O bildirib ki, Urmiya mədənləri və meyvə tərəvəzi ilə məşhurdur. 

İl ərzində 1mln. 200 min ton alma, 220 min ton üzüm istehsal etdiklərinin deyən iranlı qonaq Urmiya və Azərbaycan iş adamlarının əməkdaşlığının zərurətini, üçüncü ölkəyə məhsul ixrac etmək arzusunda olduqlarını dilə gətirib. O, eyni zamanda 1 200 fabrik və müxtəlif zavodların fəaliyyət göstərdiyi Urmiya bölgəsinə azərbaycanlı iş adamlarını qarşılıqlı əməkdaşlığa dəvət edib.

Görüş Azərbaycan Sahibkarlar Konfederasiyasının məsul əməkdaşları ilə iranlı sahibkarlar arasında müzakirə ilə davam edib.

Son xəbərlər

Orphus sistemi