İqtisadiyyat Nazirliyində şərabçılıq müəssisələri ilə müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyində şərabçılıq müəssisələri ilə müzakirələr aparılıb Müzakirədə şərabçılıq sahəsində fəaliyyət göstərən 15-dən artıq müəssisənin nümayəndələri iştirak ediblər
ASK
19 Yanvar , 2016 16:04
İqtisadiyyat Nazirliyində şərabçılıq müəssisələri ilə müzakirələr aparılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsi üçün təkliflərin hazırlanmasında biznes ictimaiyyətinin fikirlərinin nəzərə alınması məqsədi ilə İqtisadiyyat Nazirliyində müzakirə keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, şərabçılıq sahəsində fəaliyyət göstərən 15-dən artıq müəssisənin nümayəndələrinin iştirak etdiyi görüşdə kənd təsərrüfatının, o cümlədən üzümçülüyün inkişafı istiqamətində həyata keçirilən tədbirlərin dəstəkləndiyi vurğulanıb.

Görüşdə şərabçılıq məhsullarına olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsi və ixrac potensialının daha da artırılması üçün dəstək mexanizmlərinin gücləndirilməsi imkanları barədə müzakirələr aparılıb.

Müəssisələrin nümayəndələri istehsal etdikləri məhsulların maya dəyərinə təsir edən əsas amillər - istifadə olunan xammalın, xüsusilə istehsal prosesində istifadə olunan, lakin ölkədə istehsal edilməyən lazımi məhsulların yerli istehsalının dəstəklənməsi, emal müəssisələrinin yaradılmasının stimullaşdırılması və s. barədə təkliflərini deyiblər.

Tədbirdə səsləndirilən təkliflərin həyata keçirilməsi imkanlarının araşdırılacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi