İqlim dəyişikliyinin taxılçılığa zərərini minimuma endirmək üçün görüləcək tədbirlər açıqlanıb

İqlim dəyişikliyinin taxılçılığa zərərini minimuma endirmək üçün görüləcək tədbirlər açıqlanıb Taxılçılıqda əkin sahələrinin mövcud vəziyyətinin təhlil olunması, məhsuldarlığın artırılması, xəstəliklərə, zərərvericilərə və gəmiricilərə qarşı vaxtında düzgün aqrotexniki tədbirlərin aparılması, payızlıq əkinlərin iqlimdən asılı olaraq qışlama dövrünün normal keçməsi və gecikmiş əkinlərin normal keçməsi və gecikmiş əkinlərin normal inkişafı üçün profilaktik tədbirlərin aparılması vacibdir.
ASK
12 Fevral , 2020 13:00
İqlim dəyişikliyinin taxılçılığa zərərini minimuma endirmək üçün görüləcək tədbirlər açıqlanıb

"Taxılçılıqda əkin sahələrinin mövcud vəziyyətinin təhlil olunması, məhsuldarlığın artırılması, xəstəliklərə, zərərvericilərə və gəmiricilərə qarşı vaxtında düzgün aqrotexniki tədbirlərin aparılması, payızlıq əkinlərin iqlimdən asılı olaraq qışlama dövrünün normal keçməsi və gecikmiş əkinlərin normal keçməsi və gecikmiş əkinlərin normal inkişafı üçün profilaktik tədbirlərin aparılması vacibdir".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyi yanında Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev bildirib.

O qeyd edib ki, gəmiricilərə qarşı mübarizə tədbirləri artırılıb: "Xəstəlik və zərərvericilərin yayılmaması üçün dərmanlama işi aparılır".

Son xəbərlər

Orphus sistemi