Qax. 4 may. REPORT.AZ/ “Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC-də əsaslı dəyişikliklər aparılıb".
“Report”un Şimal-qərb bürosu xəbər verir ki, bunu Qax rayonunda jurnalistlərə açıqlamasında yeni kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
O qeyd edib ki, "Aqrolizinq" ASC yeni yanaşma prinsipi əsasında fəaliyyət göstərəcək: "Aqrolizinq"də düzgün idarəçiliyin bütün prinsipləri-şəffaflıq, səmərəlilik tam təmin ediləcək. "Aqrolizinq" ASC Kənd Təsərrüfatı Nazirliyinin digər strukturları kimi öz işini fermer və kəndlinin yanında olması prinsipi əsasında quracaq".