​İmişlidə taxıl mövsümünə hazırlıqla bağlı respublika müşavirəsi keçirilib

​İmişlidə taxıl mövsümünə hazırlıqla bağlı respublika müşavirəsi keçirilib Fermer və torpaq istifadəçilərinin yetişdirdikləri məhsulun qısa müddətdə toplanılması üçün tədbirlər müzakirə olunub
ASK
1 İyun , 2016 20:04
​İmişlidə taxıl mövsümünə hazırlıqla bağlı respublika müşavirəsi keçirilib

Bakı. 1 iyun. REPORT.AZ/ İmişlidə taxıl mövsümünə hazırlıq və texnika parkının vəziyyətinə həsr edilən respublika müşavirəsi keçirilib. 

"Report"un Kənd Təsərrüfatı Nazirliyindən əldə etdiyi məlumata görə, tədbirdə “Aqrolizinq” ASC-nin 12 regional bölməsindən 47 rayonun nümayəndələri, Azərbaycan Dövlət Aqrar Universitetinin, Aqrar Elm Mərkəzinin, Gəncə və Lənkəran maşın sınaq stansiyalarının əməkdaşları, habelə Nazirliyin nümayəndələri iştirak ediblər.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev müşavirədə bildirib ki, ölkədə artıq taxıl biçininə başlanılıb: "Fermer və torpaq istifadəçilərinin yetişdirdikləri məhsulun qısa müddətdə toplanılması üçün bütün zəruri tədbirlər görülüb, taxılçılıq rayonları kifayət qədər texnika ilə təmin olunub. Məhsulun optimal müddətə yığılıb başa çatdırılması üçün Nazirlik tərəfindən xüsusi tədbirlər planı hazırlanıb, əməkdaşlar rayonlara ezam edilib".

Müşavirədə “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov, şirkətin aqrotexniki xidmətlərin və təchizatın təşkili şöbəsinin müdiri İsrafil İsmayılov və başqaları taxıl yığımı mövsümündə kombaynlardan səmərəli istifadənin və ödənişlərin uçotunun təşkili ilə bağlı məruzələr edib, fermerlərin suallarına aydınlıq gətiriblər.

Sonda taxılyığan kombaynların biçinə hazırlanması üçün metodik təlimatlar təqdim edilib və bununla bağlı videoçarx nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi