İlham Quliyev: "Subsidiyalaşma mexanizmini insan amili olmadan formalaşdırmaq istəyirik"

İlham Quliyev: "Subsidiyalaşma mexanizmini insan amili olmadan formalaşdırmaq istəyirik" Azərbaycanda fermerlərə subsidiya verilməsi ilə bağlı mexanizmi insan amili olmadan formalaşdırmaq istəyirik.
ASK
11 İyul , 2019 17:40
İlham Quliyev: Subsidiyalaşma mexanizmini insan amili olmadan formalaşdırmaq istəyirik

"Azərbaycanda fermerlərə subsidiya verilməsi ilə bağlı mexanizmi insan amili olmadan formalaşdırmaq istəyirik". 

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib. 

"Hazırda yeni mexanizm üzərində iş gedir. Məqsədimiz bu işi şəffaf və elektron qaydada təşkil etməkdir", - deyə o qeyd edib. 

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman imzalayıb. Fərman gələn ildən subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi