Yuxarı

İlham Bayramov: "Azərbaycanda "e-Kənd təsərrüfatı" sisteminin yaradılması sahənin inkişafında mühüm rol oynayacaq"

Layihənin dəyəri 1,14 mln. avro təşkil edir

Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanda Avropa İttifaqı (Aİ) ilə birgə keçirilən "Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) yaradılması aqrar sektorun inkişafında mühüm rol oynayacaq. Layihə çərçivəsində səmərəli işlər görülüb, Kənd Təsərrüfatı Nazirliyinin prioritet vəzifələri diqqət mərkəzində saxlanılıb.

"Report" xəbər verir ki, bunu "Elektron kənd təsərrüfatı komponentinin icrası və proseduraların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım Layihəsi" çərçivəsində Bakıda keçirilən "Elektron kənd təsərrüfatı" seminarında Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramov bildirib.

İ.Bayram qeyd edib ki, layihənin icrası üzrə Aİ-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən keçirilmiş beynəlxalq tenderin qalibləri "Vialto Consulting" (Macarıstan), "Telfort" (Niderland), "Agrotec" (İtaliya), Elmi-Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyatı İnstitutu (Macarıstan), İqtisadi İslahatlar İnstitutu (Niderland) və Litva Milli Ödəniş Agentliyini birləşdirən "Vialto" konsorsiumdur.

"Açıq tender keçirilib və bu şirkətlər qalib olub. Layihənin dəyəri 1,14 mln. avro təşkil edir", - deyə İ.Bayramov qeyd edib.

Qeyd edək ki, layihə çərçivəsində EKTİS-in icrası üçün metodologiya və təlimatların hazırlanması, məhsulların keyfiyyətinin yoxlanılması, proqram təminatı komponentlərinin səmərəli və düzgün şəkildə istifadə edilməsi, həmçinin müvafiq təlimlərin keçirilməsi ilə Nazirliyə dəstək göstəriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi