Hindistanın şərqində avtobus qəzası nəticəsində 7 nəfər həlak olub, 30 nəfər xəsarət alıb

Hindistanın şərqində avtobus qəzası nəticəsində 7 nəfər həlak olub, 30 nəfər xəsarət alıb Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb
ASK
9 May , 2016 10:05
Hindistanın şərqində avtobus qəzası nəticəsində 7 nəfər həlak olub, 30 nəfər xəsarət alıb

Bakı. 9 may. REPORT.AZ/ Hindistanın şərqində avtobusun iştirakı ilə baş verən yol qəzası nəticəsində ən azı 7 nəfər ölüb, daha 30 nəfər xəsarət alıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb. 

Hadisə Carkxand ştatının paytaxtı Rançi şəhərində baş verib. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onların vəziyyəti haqqında məlumat verilməyib. 

Son xəbərlər

Orphus sistemi