Yuxarı
    Bağlamaq

    Hidayət Orucov: Ümid edirəm ki, yaxın gələcəkdə Qırğızstan parlamenti Xocalı Soyqırımını tanıyacaq

    Qırğız parlamentinin sədr müavini Azərbaycanın səfiri ilə görüşüb

    Bakı. 22 Fevral. REPORT.AZ/ Qırğız Respublikası Joqorku Keneşinin (Parlamentinin) sədr müavini Asiya Sasıkbayeva və Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucov arasında görüş keçirilib.

    "Report" xəbər verir ki, görüşün əvvəlində Sasıkbayeva Azərbaycan və qırğız xalqlarının qardaş tük xalqları olmasını qeyd edərək, Azərbaycanın son illərin nailiyyətləri ilə Qırğızstanda fəxr edildiyini bildirib. Ölkələrimiz arası əlaqələrin inkişafında, xüsusilə iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində Qırğız tərəfinin maraqlı olduğunu söyləyib.

    Keçən ilin nəticələrinə toxunaraq, 2014-cü ildə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün çoxlu tədbirlərin həyata keçirildiyini deyib. Onların arasında iki qardaş Azərbaycan və Qırğızstan xalqlarının dostluq əlaqələrinin möhkəmləndirilməsində misilsiz xidmətləri ilə tanınan və türk dünyasının lideri sayılan Ulu Öndər Heydər Əliyevin adına Kant şəhərində küçənin açılmasını vurğulayıb.

    Səfir Sasıkbayevanın dedikləri ilə razı olduğunu qeyd edərək, ölkələrimiz arasında müxtəlif investisiya layihələrinin hazırlandığını söyləyib. Səfir əlavə edb ki, son bir neçə il ərzində iki ölkə arasında iqtisadi əlaqələr aktivləşmiş və ticarət dövriyyəsi artmışdır. Lakin bu göstəricilər Azərbaycanın və Qırğızstanın real iqtisadi potensialına uyğun deyildir.

    Sonra səfir Azərbaycan üçün çox mühüm məsələ olan Xocalı Soyqırımının tanıdılması ilə bağlı sədr müavininə ətraflı məlumat verib. Səfir ümid etdiyini bildirib ki, birgə səylər nəticəsində yaxın gələcəkdə qardaş Qırğızstan parlamenti Xocalı Soyqırımı tanıyacaqdır. Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər müzakirə olunmuşdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi