Kənd təsərrüfatı naziri Ağdaşda vətəndaşları qəbul edib

Kənd təsərrüfatı naziri Ağdaşda vətəndaşları qəbul edib Qəbulda 30-dan artıq vətəndaş olub
ASK
22 Yanvar , 2016 17:35
Kənd təsərrüfatı naziri Ağdaşda vətəndaşları qəbul edib

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Ağdaş rayonunda Göyçay, Zərdab, Ağdaş, Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.

"Report"un verdiyi xəbərə görə, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan idarə, müəssisə və təşkilatların, habelə tabeli qurumların rəhbərlərinin iştirak etdikləri qəbulda isə 30-dan artıq vətəndaşın müraciət və təklifləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, torpaqlardan səmərəli istifadə, kənd təsərrüfatı texnikası ilə təminat, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

"Heydər Əsədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Qəbul başa çatdıqdan sonra nazir Ağdaş rayonunda inşa edilən kənd təsərrüfatı idarəsinin inzibati binasında tikinti işlərinin gedişi ilə maraqlanıb", - deyə nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi