Hesablama Palatası: "Kənd təsərrüfatında kredit faizlərinin yüksək olması ümidverici deyil"

Hesablama Palatası: "Kənd təsərrüfatında kredit faizlərinin yüksək olması ümidverici deyil" Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən həyata keçirilən "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsi üzrə auditə əsasən müvəkkil banklar üçün kredit xətlərinin açılmas
ASK
16 Oktyabr , 2021 17:51
Hesablama Palatası: Kənd təsərrüfatında kredit faizlərinin yüksək olması ümidverici deyil

Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən həyata keçirilən "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsi üzrə auditə əsasən müvəkkil banklar üçün kredit xətlərinin açılmasının nəticəliliyi aşağı səviyyədə olub.

“Report” bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Sənədə əsasən, layihə çərçivəsində kənd təsərrüfatı sahəsinin kreditləşməsində innovativ maliyyə dəstəyinin tətbiq olunmaması, həmçinin eyni təyinatlı kredit məhsulları üzrə təklifin alternativlərinin daha əlverişli olması bu istiqamət üzrə nəticəliliyə mənfi təsir edib. Ölkədə kənd təsərrüfatı sahəsinin güzəştli (layihədən daha aşağı faizlərlə) kreditlərlə maliyyələşdirilməsini həyata keçirən Sahibkarlığın İnkişaf Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kimi digər dövlət qurumları mövcuddur.

Palata hesab edir ki, həyata keçirilmiş tədbirlərin maliyyə institutlarının potensialının gücləndirilməsinə töhfəsi əhəmiyyətli olmayıb:

"Ölkənin bank sektorunun fəaliyyəti üzrə, o cümlədən, kredit müddətlərinin uzunmüddətli olması, kommersiya kredit faizlərinin həddindən artıq yüksək olması, banklarda müvafiq sahə üzrə dar ixtisaslaşmış kadrların çatışmazlığı, fiziki şəxslərin gəlirləri üzrə hesabatlılığın olmaması, fermerlərin təşkilatlanma (birləşməyə və ya birgə fəaliyyət göstərməyə) meylinin zəif olması, fermerlərin istehsal etdiyi məhsulların satış bazarlarına çıxarılması və satışına banklar tərəfindən əməkdaşlıq edərək dəstək verilməməsi, ölkənin kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübələrə əsaslanaraq, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə biznesin maliyyələşdirməsi, kreditləşmə üzrə risklərin minumuma endirilməsi, etibarlı, güvənli bank-sahibkar mühitinin yaradılması, inkişaf etdirilməsi, bankların likvidliyinin daha etibarlı təmin edilməsi, bu proseslərə aktiv qoşulması və dəstək göstərməsi yaxın dövrdə kifayət qədər ümidverici görsənmədiyini deməyə əsas verib".

Son xəbərlər

Orphus sistemi