Gürcüstan Azərbaycandan çay idxalını 3 % artırıb

Gürcüstan Azərbaycandan çay idxalını 3 % artırıb Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 259,7 ton çay tədarük edib
ASK
19 May , 2021 14:58
Gürcüstan Azərbaycandan çay idxalını 3 % artırıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 1 mln 594,6 min ABŞ dolları dəyərində 259,7 ton çay tədarük edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, məhsulun həcmi ötən ilin eyni dövrünə nisbətdə 7,7 ton və yaxud 3 % artıb.

İlk dörd ayda qonşu ölkədən Azərbaycana 759,6 min ABŞ dolları dəyərində 111,4 ton çay ixrac olunub ki, bu da illik müqayisədə 0,1 ton çoxdur.

Son xəbərlər

Orphus sistemi