"Azneft": Yanğın ilk gündəkindən xeyli zəifləyib - YENİLƏNİB

"Azneft": Yanğın ilk gündəkindən xeyli zəifləyib - YENİLƏNİB Özüllərdə küləyin sürətindən asılı olaraq görülməsi mümkün olan işlər görüləcək
ASK
8 Dekabr , 2015 16:32
Azneft: Yanğın ilk gündəkindən xeyli zəifləyib - YENİLƏNİB

Bakı. 8 dekabr. REPORT.AZ/ “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğın ilk gündəki şiddətindən xeyli zəifləyib. "Report" xəbər verir ki, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov operativ qərargahda keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, oradakı gəmilər yanğının artmasının qarşısını almaq üçün bütün tədbirləri görürlər.

*** 16:17

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada və "Neft daşları" yatağında itkin düşənlərin axtarışı istiqamətində bütün cəhdlərə baxmayaraq, bu gün saat 16:00-a olan məlumata görə, nəticə əldə olunmayıb. 

"Report" xəbər verir ki, bunu "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov operativ qərargahda keçirilən brifinqdə bildirib. 

O qeyd edib ki, "Günəşli" yatağında yanğının söndürülməsi ilə əlaqədar işlər davam etdirilir: "Əlavə bir neçə mütəxəssis bu işə cəlb olunub, 10 saylı özüldə meydançaya qalxıb yerdə vəziyyəti görüb qərar verməlidirlər. Həmin mütəxəssislər xarici mütəxəssislərdir". 

B.Ağarəhimov deyib ki, sabahdan etibarən hava pisləşəcəyindən gəmilərlə axtarış küləyin hansı dərəcədə olmasına görə dayandırılaraq sonra davam etdiriləcək. "Özüllərdə küləyin sürətindən asılı olaraq görülməsi mümkün olan işlər görüləcək".

Son xəbərlər

Orphus sistemi