Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan
ADAU-dan "Report"a bildirilib ki, müqavilədə kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq məqsədilə Genetik Ehtiyatlar İnstitutunun nəzdində universitetin “Baza kafedrası”nın yaradılması nəzərdə tutulub. Kafedranın məqsədi ADAU-da tədris prosesinin elmi tədqiqatlarla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişlərin formalaşdırılması, “Genetika”, “Biotexnologiya”, “Virusologiya”, “Seleksiya və toxumçuluq”, “Tərəvəzçilik” və “Meyvəçilik” elmləri sahəsində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması, universitet və institut arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsindən ibarətdir.
Müqaviləni ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru Zeynal Əkbərov imzalayıblar.