Yuxarı

​Gəncədə gənclər üçün növbəti treninq keçirilib

Treninq Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunub

Bakı. 2 may. REPORT.AZ/ Mayın 2-də İqtisadiyyat Nazirliyinin dəstəyi və Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində gənclər üçün növbəti treninq keçirilib.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən xəbərə görə, “Biznes inkubatorların gənc sahibkarlığın inkişafında rolu”, “Biznesdə korporativ sosial məsuliyyət”, “İnvestisiya layihələrinin maliyyələşdirilməsi” mövzularını əhatə edən treninqdə biznes inkubator, sahibkarların cəmiyyət qarşısında sosial məsuliyyəti, investisiya layihələrinin maliyyələşdirilməsi, güzəştli kreditlərdən istifadə qaydaları və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, dövlət başçısının “Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər haqqında” 2016-cı il 24 fevral tarixli Sərəncamına və Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilən Tədbirlər Planına müvafiq olaraq keçirilən tədbirlərin əsas məqsədi gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, gələcək fəaliyyətləri üçün onlara vərdiş və bacarıqların aşılanması, korporativ sosial məsuliyyət haqqında zəruri biliklərin verilməsi, Azərbaycanın tarixi, mədəniyyətinin, multikulturalizm ənənələrinin və tolerantlıq mühitinin təbliğ edilməsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi