Gələn il Azərbaycanda aqrar sektora 1 milyard manata yaxın vəsait ayrılacaq

Gələn il Azərbaycanda aqrar sektora 1 milyard manata yaxın vəsait ayrılacaq 2021-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı bolməsi üzrə 943 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci illə müqayisədə 45,4 milyon manat və ya 5,1 % çoxdur.
ASK
173
21 Dekabr , 2020 14:24
Gələn il Azərbaycanda aqrar sektora 1 milyard manata yaxın vəsait ayrılacaq

2021-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı bolməsi üzrə 943 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci illə müqayisədə 45,4 milyon manat və ya 5,1 % çoxdur.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2021-ci il dövlət büdcəsi layihəsində bildirilir.

Sənəddə həmçinin deyilir ki, həmin vəsait hesabına kənd təsərrüfatı tədbirləri üçün 496,3 milyon manat, baytarlıq tədbirləri üçün 30 milyon manat, meliorasiya, irriqasiya və suvarma sistemlərinin maliyyə təminatı üçün 405,8 milyon manat, kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər üçün 10,9 milyon manat vəsait proqnozlaşdırılıb.

Qeyd edək ki, son 5 ildə (2016-2021-ci illər) bu xərclər 357,6 milyon manat va ya 61,1 % artıb.

Aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövrüyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınmaqla ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 475,7 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 65 milyon manat və yaxud 15,8 % çoxdur.

Həmin vəsait hesabına yeni subsidiya mexanizminin tətbiqinə müvafiq olaraq fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən əkin, tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən məhsul, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən toxum, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova görə verilən heyvan, hər arı ailəsinə (pətəyə) görə verilən arı, ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən barama subsidiyalarının, habelə lizinqə verilən və lizinq yolu ilə satılan texnikalara, suvarma sistemləri dəstinə və damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi, kənd təsərrüfatı sahəsində digər tədbirlərin maliyyələşdirilməsi proqnozlaşdırılır”-deyə layihədə bildirilib.

Kənd təsərrüfatı sahəsinin maddi-texniki təminatının möhkəmləndirilməsi, regional aqrokimya laboratoriyalarının saxlanılması, bitki mühafizəsi sahəsində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin, bitki sortlarının qeydiyyatı və toxum nəzarəti tədbirlərinin maliyyələşdirilməsi, kənd təsərrüfatı heyvanlarının və bitkilərinin sığortalanması xərclərinə üst-üstə 20,7 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi