Gələn ay Antalyada beynəlxalq istixana, əkinçilik avadanlıqları və texnologiyaları sərgisi keçiriləcək

Gələn ay Antalyada beynəlxalq istixana, əkinçilik avadanlıqları və texnologiyaları sərgisi keçiriləcək Azərbaycanlı sahibkarlar da sərgidə iştirak üçün dəvət olunublar
ASK
28 Oktyabr , 2015 19:10
Gələn ay Antalyada beynəlxalq istixana, əkinçilik avadanlıqları və texnologiyaları sərgisi keçiriləcək

Bakı. 28 oktyabr. REPORT.AZ/ Noyabrın 30-dan dekabrın 3-dək Antalyada “Growtech Eurasia 2015" 15-ci Beynəlxalq İstixana, Əkinçilik Avadanlıqları və Texnologiyaları sərgisi” keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyası məlumat yayıb. Sərgidə istixana, bağçılıq, gülçülük, meyvəçilik, toxumçuluq, bostançılıq, tərəvəzçilik, əkinçilik, suvarma sistemləri, heyvandarlıq, arıçılıq, quşçuluq, kənd təsərrüfatı texnikası, həmçinin isitmə və havalandırma avadanlıqları nümayiş olunacaq.

Sərgi iştirakçıları üçün proqramın əsas istiqamətləri brifinq, ikitərəfli görüşlərin keçirilməsi, sərgi stendlərinə baxış və istehsalçı şirkətlərə baş çəkməkdən ibarətdir.

Azərbaycanlı sahibkarlar da sərgidə iştirak üçün dəvət olunublar. Səfər çərçivəsində otel xərcləri (səhər yeməyi daxil olmaqla) Türkiyə tərəfindən qarşılanacaq.

Son xəbərlər

Orphus sistemi