​Gəncə şəhərində sahibkarlara güzəştli kreditlər verilib

​Gəncə şəhərində sahibkarlara güzəştli kreditlər verilib Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə 156.2 milyon manat güzəştli kredit verilib,
ASK
1 Sentyabr , 2014 10:17
​Gəncə şəhərində sahibkarlara güzəştli kreditlər verilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Avqustun 29-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gəncə şəhərində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Bu barədə “Report”a İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan məlumat verilib.

100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Gəncənin iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış yaşıl marketin, logistik mərkəzin, istixana kompleksinin və kiçik plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Tədbirdə 2014-cü ilin ötən dövrü ərzində 3547 sahibkara 186 milyon manat güzəştli kredit verildiyi, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradıldığı deyilib.

İndiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4362 investisiya layihəsinin maliyyələşdirilməsinə 156.2 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük təsərrüfatlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 21 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Həmçinin, indiyədək Gəncə şəhərindən olan 429 sahibkara 29.2 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 4000-ə yaxın yeni iş yerləri yaradılıb.

İşgüzar forum çərçivəsində Gəncə şəhəri və ətraf rayonlardan olan 70-dən çox sahibkara 1,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması hesabına 150-yə yaxın yeni iş yerinin açılması mümkün olacaq.

Tədbirdə sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

Forum çərçivəsində Gəncə şəhərində xalça və trikotaj məhsulları istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi