Bu il Füzuli kümçülərinin gəlirlərinin artması gözlənilir

Bu il Füzuli kümçülərinin gəlirlərinin artması gözlənilir Bu il Füzuli rayonunda ötən illə müqayisədə 50 tondan çox yaş barama tədarükü planlaşdırılır.
ASK
4 May , 2020 18:51
Bu il Füzuli kümçülərinin gəlirlərinin artması gözlənilir

Bu il Füzuli rayonunda ötən illə müqayisədə 50 tondan çox yaş barama tədarükü planlaşdırılır.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

“Bu mövsüm kümçülərə 1 250 qutu ipəkqurdu toxumu paylanılıb. Ötən il baramadan yaxşı gəlir əldə edən kümçülər cari ildə daha çox toxum götürüblər – keçən illə müqayisədə 100 qutu və ya 8,7% çox. 2019-cu ildə rayon üzrə 49 ton 500 kiloqram yaş barama istehsal edən rayon kümçülərinin builki hədəfi 50 tonun üzərindədir”, - deyə Füzuli rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Hüseyn Abbasov bildirib.

Onun sözlərinə görə, qurdların bəslənilməsi üçün rayonda əlverişli yem bazası var. Son iki ildə rayon ərazisində Çindən gətirilən 200 min tut tingi əkilib. Həmçinin rayonda inşası davam edən barama qəbulu məntəqəsi ipəkqurduna olan marağı daha da artırır. Gələcəkdə məntəqənin fəaliyyəti füzulili kümçülərin keçmiş şöhrətini geri qaytarmağa təkan verəcək. Hazırda rayon üzrə 318 kümçü barama toxumu təhvil götürüb. İpəkqurdu bəslənəcək 60 min kvadratmetrlik saxlanc yeri əvvəlcədən dezinfeksiya olunub.

Son xəbərlər

Orphus sistemi