Fuad Sadıqov: “Azərbaycanda 96 % əkilən-becərilən bitkilər siğortalanır”

Fuad Sadıqov: “Azərbaycanda 96 % əkilən-becərilən bitkilər siğortalanır” Hazırda Azərbaycanda əkinə yararlı sahələrdə əkilən və becərilən bitkilərin 96 %-i siğortalanır.
ASK
30 İyul , 2022 10:46
Fuad Sadıqov:  “Azərbaycanda 96 % əkilən-becərilən bitkilər siğortalanır”

Hazırda Azərbaycanda əkinə yararlı sahələrdə əkilən və becərilən bitkilərin 96 %-i siğortalanır.

“Report” xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə 41 bitki siğortlanıb

F.Sadıqov deyib ki, artıq iki ildir ki, ölkədə Aqrar Siğorta Fondu fəaliyyət göstərir: “Bizim başlıca gördüyümüz işlər fermerlərə aqrar siğorta xidmətlərinin təqdim edilməsidir. Zərər dəymiş fermerləri müəyyən edib, onlara təzminatların ödənilməsidir. Bu istiqamətdə kifayət qədər işlər görülür. 2021-ci ildə 2020-ci illə müqayisədə aqrar siğorta bazarında 450 %-lik artım olub. 2022-ci ilin altı ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə aqrar siğorta bazarında 250 %-lik artım var. Bu deməkdir ki, fermerlər siğortalanır, müqavilə sayları artır. Azərbaycanda artıq əkinə yararlı sahələrin 15 %-i siğortalanıb, siğortaladığımız bitkilərin sırasında əsas taxıl, pambıq, gilas, nar, soya istehsalçıları yer alıb”.

Xatırladaq ki, bu ilin 5 ayı ərzində ölkə üzrə 5 milyon manatdan artıq aqrar sığorta haqqı toplanıb.

Qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən Azərbaycanda heyvandarlıq, bitkiçilik və akvakultura məhsullarının sığortalanması həyata keçirilir. Heyvandarlıq məhsulları olaraq 11-ci gündən 7 yaşa qədər südlük mal-qara (inəklər və camışlar), 11-ci gündən 3 yaşa qədər ətlik mal-qara (danalar), 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər), bitkiçilik məhsulu olaraq taxıl, paxlalılar və yağlı bitkilərdə – dən, lifli bitkilərdə – lif, əsas məhsulu kök və dibində olan bitkilərdə - kök və dib, əsas məhsulu yarpaq olan bitkilərdə - yarpaq, meyvəsi yeyilən bitkilərdə - meyvə, yem bitkilərində - bütün yaşıl hissə sığortalanır. Akvakultura məhsulu kimi balıqlar aqrar sığorta predmeti hesab edilir.

Son xəbərlər

Orphus sistemi