Fransa quraqlığa görə Avropa Komissiyasından maliyyə yardımını tez alacaq

Fransa quraqlığa görə Avropa Komissiyasından maliyyə yardımını tez alacaq Fransa hökuməti bu il quraqlıqla bağlı Avropa Komissiyasından kənd təsərrüfatına maliyyə yardımı çərçivəsində aldıqları 1 milyard avroluq vəsaiti vaxtından əvvəl ödəməsinə nail olub.
ASK
29 Avqust , 2019 16:10
Fransa quraqlığa görə Avropa Komissiyasından maliyyə yardımını tez alacaq

Fransa hökuməti bu il quraqlıqla bağlı Avropa Komissiyasından kənd təsərrüfatına maliyyə yardımı çərçivəsində aldıqları 1 milyard avroluq vəsaiti vaxtından əvvəl ödəməsinə nail olub.

“Report” “CNews”ə istinadən xəbər verir ki, ölkənin kənd təsərrüfatı və ərzaq naziri Didye Giyom vəsaitin oktyabrın 16-da ödəniləcəyini bildirib. 

O, yaz aylarından davam edən quraqlıq üzündən kəskin yem çatışmazlığına əncam çəkmək üçün əlavə ot biçmək üçün də icazə aldıqlarını söyləyib: “Fransada iqlimin istiləşməsi göz qabağındadır, özü də bu proses daha da güclənəcək”. 

Nazir iki ildir ard-arda baş verən quraqlığın heyvandarlıqda daha ağır fəsadlar yaratdığını, bəzi fermerlərin artıq mal-qaranı kəsib başqa sahələrlə məşğul olmaq qərarına gəldiklərini vurğulayıb.

Ötənilki quraqlıqla bağlı hökumət tərəfindən fermerlərə 200 milyon avro məbləğində təzminatlar ödənildiyini xatırladan D.Giyom bu il quraqlığın daha güclü olduğuna görə daha böyük təzminatlar ödəniləcəyini güman edib.

Son xəbərlər

Orphus sistemi