Fransa Azərbaycana 112,5 mln. avro yardım ayıracaq

Fransa Azərbaycana 112,5 mln. avro yardım ayıracaq Səfir: "Bu, Cənubi Qafqazda ayrılan ən irihəcmli vəsaitdir"
ASK
6 İyun , 2016 17:54
Fransa Azərbaycana 112,5 mln. avro yardım ayıracaq

Bakı. 6 iyun. REPORT. AZ/ Azərbaycanla Fransa arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq əlaqələri süni mayalandırma, bitkiçilik sahəsi, xüsusilə üzümçülüyün inkişaf etdirilməsini əhatə edir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycana 112,5 mln. avro həcmində yardım ayrılacaq. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən III Donor Koordinasiyası Görüşündə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez bildirib. 

Onun sözlərinə görə, bu, Cənubi Qafqazda ayrılan ən irihəcmli vəsaitdir: "Bu vəsait kənd təsərrüfatı və yaşıl inkişafın stimullaşdırılması çərçivəsində Fransa İnkişaf Agentliyi tərəfindən ayrılacaq".

A.Buşez deyib ki, Fransa kənd təsərrüfatı sektorunda, xüsusən də baytarlıq sahəsindəki təcrübəsini Azərbaycana gətirir: "Heyvanların sağlamlığı olduqca önəmli məsələdir. Biz Avropa İttifaqının müvafiq yardım alətləri vasitəsilə Azərbaycana kömək edirik. Həmçinin, kənd təsərrüfatı sahəsində Azərbaycana ixtisaslı kadrların yetişdirilməsində də yardım edə bilərik".

Son xəbərlər

Orphus sistemi