2019-2020-ci illərdə Azərbaycanda fındıqçılığın inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 368 min manat güzəştli kredit ayırıb.
“Report” xəbər verir ki, bu barədə qurumun sədri Mirzə Əliyev bildirib.
Məlumata görə, fındıqçılıq sahəsi üçün alınmış texnikalar üzrə fermerlər 320 min manat güzəşt vəsaiti, 206 min manat kredit alıb.
“Bununla yanaşı, 2019-2020-ci illərdə fındıqçılıq sahəsində fəaliyyət göstərən 32 366 fermerə 10 milyon manat subsidiya ayrılıb”, - o qeyd edib.