​Fəzail Ağamalı: "Xaricdən gətirilən kənd təsərrüfatı məhsulları yerli məhsulları sıxışdırır"

​Fəzail Ağamalı: "Xaricdən gətirilən kənd təsərrüfatı məhsulları yerli məhsulları sıxışdırır" Musa Quliyev: "İnformasiya-məsləhət xidmətləri məhsulların dünya bazarına çıxarılmasına kömək edəcək"
ASK
3 Aprel , 2015 18:00
​Fəzail Ağamalı: Xaricdən gətirilən kənd təsərrüfatı məhsulları yerli məhsulları sıxışdırır

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanda kənd təsərrüfatı informasiya-məsləhət sisteminin qurulması məhsuldarlığın artmasına, ərzaq təminatının yüksək səviyyədə həyata keçrilməsinə, yerli kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarılmasına kömək edəcək. "Report"un verdiyi xəbərə görə, bunu deputat Musa Quliyev parlamentin bugünkü plenar iclasında "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, kənd təsərrüfatı qeyri-neft sektorunun ən mühüm 4 sahəsindən biridir:"Təsadüfi deyil ki, dövlətin xüsusi qayğısı nəticəsində yeni kənd təsərrüfatı sisteminin qurulması gedir. Kənd təsərrüfatı işçilərinin doğru informasiya alması olduqca önəmlidir. Belə bir dövrdə kənd təsərrüfatında işləyən insanın, dərman, gübrə, bazar haqqında doğru, elmi informasiyası olmalıdır. Bu qanun konseptual baxımdan bu məsələlərin hamısını özündə əks etdirir".

Millət vəkili qanunla bağlı öz təkliflərini də irəli sürüb. Onun sözlərinə görə, ilk növbədə qanunun adına baxılmalıdır: "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti dil qanunlarına bir qədər uyğun deyil. Dilçilərlə məsləhətləşmək lazımdır".

M.Quliyev həmçinin bildirib ki, bu xidmət dövlət tərəfindən maliyyələşdirilməlidir: "Bu xidmətin özəl xidmət kimi yaradılmasının deyil, dövlət tərəfindən maliyyələşdirilməsinin tərəfdarıyam. Kadr üçün də elə bir xərc tələb olunmur. Belə ki, bütün rayonlarda kənd təsərrüfatı idarələri yaradılıb, orada bir iki ştat yaratmaqla bu məsələni həll etmək olar. Həmçinin onlara həm xidmət etdikləri ərazidə təsərrüfat subyektlərinin yekunlarına dair məlumatları da özlərində toplayıb digər ərazilərlə bölüşmək imkanı yaradılmalıdır. Bundan başqa, bu sistem vergi və ekologiya sistemləri ilə əlaqəli olmalıdır".

İclasda çıxış edən deputat Fəzail Ağamalı isə qeyd edib ki, hazırda Azərbaycana xaricdən gətirilən kənd təsərrüfatı məhsulları daxili bazarda yerli məhsulları sıxışdırır. Onun sözlərinə görə, məsləhət-informasiya xidməti bu problemin həllində müəyyən addım ola bilər: "Bu gün Azərbaycanda kənd təsərrüfatı mütəxəssisləri yox dərəcəsindədir. Xarici mütəxəssislər cəlb olunur. Tərəvəz istehsalında prolemlər cəlb olunan xarici mütəxəssislər tərəfindən yetərincə həll edilmir. Ona görə də ilk növbədə Azərbaycanda yüksək biliyə malik mütəxəssislər yetişdirilməlidir".

Son xəbərlər

Orphus sistemi