Fevralın sonuna qədər 52 Dövlət Aqrar İnkişaf Mərkəzi elektronlaşdırılacaq

Fevralın sonuna qədər 52 Dövlət Aqrar İnkişaf Mərkəzi elektronlaşdırılacaq Bakı. 31 yanvar. REPORT.AZ/ “Bu ilin fevralın sonuna qədər 52 Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) elektronlaşdırılmış şəkildə fermerlərin ixtiyarına veriləcək”.
ASK
1434
1 Fevral , 2019 13:37
Fevralın sonuna qədər 52 Dövlət Aqrar İnkişaf Mərkəzi elektronlaşdırılacaq

Bakı. 31 yanvar. REPORT.AZ/ “Bu ilin fevralın sonuna qədər 52 Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) elektronlaşdırılmış şəkildə fermerlərin ixtiyarına veriləcək”.

Bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib.

O qeyd edib ki, bu günə qədər Dövlət Aqrar İnkişaf Mərkəzlərindən (DAİM) 5-i tam elektronlaşdırılmış şəkildə fermerlərə təqdim edilib: “Ölkədə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin hamısının inzibati binası var. DAİM-lərdə kənd təsərrüfatı sahəsi ilə bağlı elektonlaşdırılmış bütün xidmətlərdən yararlanmaq mümkündür. Belə ki, DAİM-lərdə 70-dən çox elektron xidmət göstərilir. Fevralın sonuna qədər ölkə üzrə bütün Dövlət Aqrar İnkişaf Mərkəzlərinin hamısı fermerlərin ixtiyarına veriləcək". 

Son xəbərlər

Orphus sistemi