Əkrəm Fətəliyev: "Ölkənin tut ipək qurdu toxumuna olan təlabatının 25% daxili istehsal hesabına ödəniləcək"

Əkrəm Fətəliyev: "Ölkənin tut ipək qurdu toxumuna olan təlabatının 25% daxili istehsal hesabına ödəniləcək" Kənd Təsərrüfatı Nazirliyi yanında Qax Damazlıq İpəkçilik Stansiyası yaz mövsümündə ölkənin tut ipək qurdu toxumuna olan təlabatının 25 faizini daxili istehsal hesabına ödəyəcək.
ASK
5 Noyabr , 2019 13:46
Əkrəm Fətəliyev: Ölkənin tut ipək qurdu toxumuna olan təlabatının 25% daxili istehsal hesabına ödəniləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Qax Damazlıq İpəkçilik Stansiyası yaz mövsümündə ölkənin tut ipək qurdu toxumuna olan təlabatının 25 faizini daxili istehsal hesabına ödəyəcək.

Bunu “Report”a Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev bildirib.

Qax Damazlıq İpəkçilik Stansiyasında toxum hazırlandığını əlavə edən Ə.Fətəliyev deyib ki, respublikanın tut ipək qurdu toxumuna olan təlabatı 20 min qutudur: “Biz isə 5 min qutu hazırlayırıq, bu isə 140 kq edir. 15 min qutu isə Çindən gətiriləcək. Belə ki, yaz mövsümündə respublikanın tut ipək qurdu toxumuna olan təlabatının 25 faizini, növbəti il isə 50 faizini ödəməliyik”.

Xatırladaq ki, ötən il Qax Damazlıq İpəkçilik Stansiyası yenidən qurularaq istifadəyə verilib. Stansiyanın ümumi ərazisi 5 hektar təşkil edir, tikintialtı sahəsi 2 min kvadratmetrdən çoxdur. Stansiyanın ərazisində inzibati bina, hər biri ikimərtəbəli olmaqla laboratoriya və inkubasiya mərkəzi, həmçinin hibrid toxumların istehsalı mərkəzi var. Burada, eyni zamanda, baramaqurdu ailələrinin yemlənməsi binası da yaradılıb. Qax Damazlıq Stansiyasında yeni yaradılmış tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması, çoxaldılması, onların bioloji və texnoloji göstəricilərinin yaxşılaşdırılması, barama toxumu zavodlarının və kümçülərin ipəkqurdunun sənaye qrenası ilə yerli istehsal hesabına təmin edilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi