​Fermerlərə alaq otlarına qarşı mübarizə üçün gübrələr güzəştli qiymətlərlə satılacaq

​Fermerlərə alaq otlarına qarşı mübarizə üçün gübrələr güzəştli qiymətlərlə satılacaq Hökumət Kənd Təsərrüfatı Nazirliyinin təklifini təsdiq edib
ASK
25 May , 2015 17:38
​Fermerlərə alaq otlarına qarşı mübarizə üçün gübrələr güzəştli qiymətlərlə satılacaq

Bakı. 25 may. REPORT.AZ/ Taxıl istehsalının artırılmasında alaq otlarına qarşı mübarizə tədbirlərinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolizinq” ASC-nin anbarlarındakı 2.4 D Amin duzu herbisidinin fermerlərə güzəştli qiymətlərlə satılması barədə təklifləri Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a verilən məlumata görə, kənd təsərrüfatı məhsulları istehsalçıları taxıl bitkilərinin alaq otlarına qarşı geniş istifadə edilən 2.4 D Amin duzu herbisidini “Aqrolizinq” ASC-nin rayon aqroservis filiallarından 50% güzəştli qiymətlərlə (2,25 manat/litr) əldə edə bilərlər.

Herbisidin bir hektar sahəyə məsarif norması 1,6 litr, manat ekvivalenti ilə isə 3,60 AZN təşkil edir.

Son xəbərlər

Orphus sistemi