Fermerlər toxumların keyfiyyəti haqda daha dəqiq məlumat əldə edəcəklər

Fermerlər toxumların keyfiyyəti haqda daha dəqiq məlumat əldə edəcəklər Kənd Təsərrüfatı Nazirliyi 9 regional toxum sertifikatlaşdırılması laboratoriyasını müasir mebel və avadanlıqlarla təchiz edib
ASK
30 Sentyabr , 2017 10:04
Fermerlər toxumların keyfiyyəti haqda daha dəqiq məlumat əldə edəcəklər

Bakı. 30 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi ölkədə toxumçuluğun inkişafı və toxum keyfiyyətinin yaxşılaşdırılması üçün yeni addım atıb. Nazirlikdən "Report"a daxil olan məlumata görə, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 9 regional toxum sertifikatlaşdırılması laboratoriyası müasir mebel və avadanlıqlarla təchiz edilib.

Laboratoriyalara mebel və avadanlıq Kənd Təsərrüfatı Nazirliyinin Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi Layihəsi çərçivəsində alınıb.

"Layihədə həmçinin yeni avadanlıqlarla çalışacaq mütəxəssislərə təlimlərin keçirilməsi də nəzərdə tutulub. Bu məqsədlə sentyabrın 29-da Quba Regional Toxum Sertifikatlaşdırılması Laboratoriyasında müvafiq regional laboratoriyalarda çalışan heyət üçün təlim keçirilib",- deyə məlumatda əlavə olunub.

Qeyd edək ki, yeni formalaşdırılan laboratoriyalar fermerlərə daha keyfiyyətli xidmət göstərəcək. Fermerlər əldə etdikləri toxumların keyfiyyəti haqqında daha dəqiq məlumat əldə edəcək və müvafiq sertifikatla təmin ediləcəklər. 

Son xəbərlər

Orphus sistemi