FAO qlobal ət istehsalının 1,7% azalacağını proqnozlaşdırır

FAO qlobal ət istehsalının 1,7% azalacağını proqnozlaşdırır 2020-ci ildə ət istehsalının COVID-19 pandemiyasının bazarın fəaliyyətini pozması və hələ də hiss olunan quraqlığın təsirləri ilə əlaqədar yaranan heyvan xəstəlikləri səbəbindən 1,7% azalacağı proqnozlaşdırılır.
ASK
141
18 İyun , 2020 21:04
FAO qlobal ət istehsalının 1,7% azalacağını proqnozlaşdırır

2020-ci ildə ət istehsalının COVID-19 pandemiyasının bazarın fəaliyyətini pozması və hələ də hiss olunan quraqlığın təsirləri ilə əlaqədar yaranan heyvan xəstəlikləri səbəbindən 1,7% azalacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.

“2020-ci ilin yanvar ayından bəri ətin dünya üzrə qiyməti 8,6% azalıb. Ən çox azalma quzu, toyuq və donuz ətində olub. Bütün bunlar COVID-19 pandemiyas ilə əlaqədar tədbirlərin təsiri, o cümlədən logistika sahəsindəki pozuntularla əlaqəlidir. Qlobal idxal tələbatının kəskin azalması və böyük həcmidən satılmamış ət məhsullarının qalması istehsal tempinin azalmasına təsir edir”, - hesabatda deyilir.

Hesabatda həmçinin süd, şəkər və yağlı bitkilərin istehsalı və ticarəti haqqında da proqnozlar yer alıb. Belə ki, proqnozlara görə, aşağı qiymətlər və bir sıra ənənəvi idxal ölkələrinin ehtiyatlarını doldurulması səbəbindən şəkər ticarəti artacaq. COVID-19 pandemiyası ilə bağlı bazarda yaranan pozuntulara baxmayaraq, dünyada süd istehsalı sabitlik nümayiş etdirir, hətta 2020-ci ildə 0,8%-lik artım da mümkündür. Eyni zamanda dünya miqyasında süd ixracatı idxala qeyri-sabit tələbat səbəbindən 4% azala bilər.

FAO-nun yağlı bitkilər və məhsullara dair son proqnozları isə istehsalın nəzərəçarpacaq dərəcədə azalması səbəbindən tələb-təklif baxımından qlobal səviyyədə gərginləşmə yaratdığını göstərir. Məlumatda deyilir ki, ilkin proqnozlara görə, 2020-2021-ci illər üçün tələbat yenə də təklifi üstələyə bilər.

Son xəbərlər

Orphus sistemi