Bu ilin avqust ayında dünya bazarında ərzağın orta qiyməti 3-cü dəfə azalma nümayiş etdirib.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə
Bildirilib ki, qiymət azalması şəkər, buğda və qarğıdalının kəskin ucuzlaşması ilə bağlıdır. Belə ki, ay ərzində şəkərin qiymətində 4%, taxıl məhsullarının qiymətində isə 6,4% azalma müşahidə edilib. Doğrudur, ötən ay bitki yağlarının 5,9%, delikotes məhsullarının isə 0,5% bahalaşması da müşahidə edilib, amma bu, ümumi ucuzlaşmanı dayandıra bilməyib. Avqustda ərzaq qiymətləri indeksi iyuldakı 171,8 dollar səviyyəsindən 169,7 dollara enib.
Bu arada, FAO 2019-2020-ci illərdə qlobal taxıl ehtiyatlarının gözləntilərdən çox olacağını qeyd edib.