FAO Azərbaycanda reallaşdırdığı yeni layihələrlə bağlı Bakıda seminar keçirib

FAO Azərbaycanda reallaşdırdığı yeni layihələrlə bağlı Bakıda seminar keçirib Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Bakıda “Qoyunçuluğun davamlı inkişafı, ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” və “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihələri ilə bağlı ilkin seminar keçirilib.
ASK
13 Dekabr , 2018 12:24
FAO Azərbaycanda reallaşdırdığı yeni layihələrlə bağlı Bakıda seminar keçirib
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ Bu gün Bakıda “Qoyunçuluğun davamlı inkişafı, ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” və “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihələri ilə bağlı ilkin seminar keçirilib.

“Report” xəbər verir ki, tədbiri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak açıq elan edib.

O bildirib ki, Azərbaycan üçün qida təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir və bu baxımdan adı çəkilən layihələrin önəmi böyükdür: “Həyata keçirəcəyimiz layihələr ölkədə kiçik və orta fermerlərin məhsuldarlıq göstəricilərinin yüksəkdilməsinə, bazara çıxış imkanlarının yaxşılaşdırılmasına və gəlir səviyyəsinin artırılmasına kömək edəcək. Hər iki sahə ixrac yönümlü sahədir və Azərbaycanın məhsuldarlığı artırıraraq ixracda daha ön yerlərdə olmasını arzu edirik”.

Daha sonra çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev də heyvandarlıq sahəsində məhsuldarığının artırılmasının vacibliyini vurğulayıb: “Qoyunçuluq və iribuynuzlu heyvandarlıq sahəsində məhsuldarlığın artırılması istiqamətində FAO ilə əməkdaşlıq edirik. Bu layihələr FAO-Azərbaycan əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir. Onlar 3 il müddətin nəzərdə tutulur və hər birinin dəyəri 1,3 mln. ABŞ dollarıdır. FAO ilə qarşıdakı illərdə daha 4 layihənin icrasına başlayacağıq. Hazırda həyata keçirilən iki layihənin əhəmiyyəti ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, təbii resurslardan istifadənin optimallaşdırılmasıdır". 

Son xəbərlər

Orphus sistemi