FAO Azərbaycanda heyvandarlıqla bağlı yeni layihənin icrasına başlayır - YENİLƏNİB

FAO Azərbaycanda heyvandarlıqla bağlı yeni layihənin icrasına başlayır - YENİLƏNİB İlk xəbər saat 11:29-da verilib
ASK
17 İyul , 2019 12:01
FAO Azərbaycanda heyvandarlıqla bağlı yeni layihənin icrasına başlayır - YENİLƏNİB

İlk xəbər saat 11:29-da verilib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda "Xəstəliklərə nəzarət və baytarlıq diaqnostikası üzrə milli potensialın təkmilləşdirilməsi” layihəsinin icrasına başlayır.

“Report” xəbər verir ki, bu gün layihənin təqdimatı keçirilib.

Bildirilib ki, layihə ümumilikdə ölkədə heyvan sağlamlığına, eləcə də insan sağlamlığına, qida təhlükəsizliyinə və kənd təsərrüfatı məhsullarının rəqabətliliyinin yaxşılaşmasına töhfə verəcək. Layihə çərçivəsində Milli Referans Laboratoriyasının və 6 regional sınaq laboratoriyasının əməkdaşları, özəl və dövlət qurumlarında fəaliyyət göstərən baytarlar beynəlxalq və yerli mütəxəssislərin müxtəlif sahələrdə (nümunələrin yığılması, daşınması, risk əsaslı nəzarət və xəstəlik hallarının təsbih edilməsi) təlimlərinə cəlb ediləcək. 

2020-ci ilə qədər davam edəcək layihənin məqsədi endemik və ekzotik transsərhəd heyvan xəstəliklərin qarşısının alınması, diaqnostika və erkən təsbiti üçün Azərbaycanın müvafiq qurumlarının potensialının artırılmasıdır. Onun büdcəsi 256 min ABŞ dollarıdır. Bu vəsaitin hamısını FAO ayıracaq. 

Son xəbərlər

Orphus sistemi