FAO Azərbaycanda arıçılıqla bağlı yeni layihənin icrasına başlayır

FAO Azərbaycanda arıçılıqla bağlı yeni layihənin icrasına başlayır Bakı. 28 dekabr. REPORT.AZ/ BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə yeni layihənin icrasına başlamağı planlaşdırır. Report xəbər verir ki, bunu FAO-nun Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak deyib.
ASK
28 Dekabr , 2017 10:33
FAO Azərbaycanda arıçılıqla bağlı yeni layihənin icrasına başlayır
FAO-nun Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak / Report/ Orkhan Azim

Bakı. 28 dekabr. REPORT.AZ/ BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə yeni layihənin icrasına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bunu FAO-nun Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak deyib.

M.Çakmakın sözlərinə görə, qeyd edilən layihə bundan öncə arıçılığın inkişafı ilə bağlı icra edilən layihənin davamıdır: "Beynəlxalq ekspertlərin fikrincə, ən yaxşı arı cinsi və ən yaxşı bal Azərbaycandadır. Biz də bu məhsulun dünya bazarına çıxarılmasına dəstək verməyə çalışırıq".

FAO rəsmisinin sözlərinə görə, layihənin dəyəri 800 min ABŞ dollarıdır: "Öncəki layihə 200 min dollar, bu isə 800 min dollardır. Arıçılıq çətin sahədir. Biz təkcə balla kifayətlənməməliyik. Digər məhsulların da istehsalına şərait yaratmalıyıq".

Son xəbərlər

Orphus sistemi