Yuxarı
    Bağlamaq

    FAO Azərbaycan kəndlərində yaşayan qadın sahibkarlara təlim keçəcək

    FAO nümayəndələri Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti ilə görüşüblər

    Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakıda səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nümayəndələri Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşüblər.

    Konfederasiyadan “Report”a bildirilib ki, görüşdə FAO-nun “Kənd ərazilərində yaşayan qadınların kəndin davamlı inkişafının sosial-iqtisadi və gender məsələləri üzrə imkanlarının artırılmasına dəstək Layihəsi"nin aparıcı texniki əməkdaşı Hajnalka Petrics, layihənin Türkiyədən olan milli əlaqələndiricisi Senem Berber və ASK-nın məsul əməkdaşları iştirak ediblər.

    Görüşdə FAO ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Layihənin aparıcı texniki əməkdaşı H.Petrics bildirib ki, bu, pilot layihədir və iki ölkənin sakinləri üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi sosial-iqtisadi aspektlər üzrə təlim və məlumatlılıq səviyyəsinin artırılması, ölkə səviyyəsində kənd qadınları üçün təlim və məsləhət xidmətlərinin gücləndirilməsi yolu ilə Azərbaycan və Türkiyədə kəndlərdə yaşayan qadınların imkanlarının artırılmasından ibarətdir. O, ASK ilə bu istiqamətdə əməkdaşlıq etmək istədiklərini dilə gətirib.

    ASK-nın fəaliyyəti haqqında ətraflı məlumat verən M.Musayev isə çıxışında FAO ilə Konfederasiyanın yaxından əməkdaşlıq etdiyini, bu yaxınlarda da birgə toplantı keçirdiklərini bildirib.

    ASK-nın tərkibində 14 komissiyanın fəaliyyət göstərdiyini deyən M.Musayev qonaqlara Qadın sahibkarlığın inkişafı Komissiyasının fəaliyyəti ilə bağlı da məlumat verib. O bildirib ki, bu komissiya qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda fəal iştirakının təbliği istiqamətində mühüm addımlar atır. M.Musayev qeyd edib ki, Komissiya üzvlərinin Almaniya və Gürcüstana səfərləri zamanı xanım sahibkarlar sözügedən ölkələrdəki tərəfdaşları ilə birgə müxtəlif görüşlərdə iştirak edərək, gələcək əməkdaşlıq imkanlarını araşdırıblar.

    Görüşün sonunda gələcəkdə bu istiqamətdə birgə əməkdaşlıq edilməsina dair razılıq əldə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi