“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yerli istehsalçılara 3 mln. manata yaxın avans ödəyib

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yerli istehsalçılara 3 mln. manata yaxın avans ödəyib Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ümumi həcmi 81,3 min tona yaxın olan kənd təsərrüfatı məhsulunu birbaşa istehsalçılardan tədarük edilərək satınalan təşkilatların təchizatına, daxili və xarici bazarlara yönləndirib.
ASK
31 Oktyabr , 2017 16:47
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yerli istehsalçılara 3 mln. manata yaxın avans ödəyib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ümumi həcmi 81,3 min tona yaxın olan kənd təsərrüfatı məhsulunu birbaşa istehsalçılardan tədarük edilərək satınalan təşkilatların təchizatına, daxili və xarici bazarlara yönləndirib.

“Report” xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Əbülfət Qocayev məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə 309 istehsalçıdan müxtəlif məhsullar üzrə müraciət daxil olub: “İstehsal potensialı olan və düzgün sənədlər təqdim edən 123 təsərrüfat subyektinə 11 adda məhsul istehsalı üçün 2 729 459 manat avans ödənilib”.

Bundan başqa, Ə.Qocayev qeyd edib ki, rəhbərlik etdiyi qurum Bakının müxtəlif rayonlarında, eləcə də regionlarda təşkil olunan yarmarkalarda aktiv iştirak edib və digər satıcılarla müqayisədə bazara 20-30% aşağı qiymətlə məhsul təklif edib: “Həmçinin “Gəzər Bazar” səyyar satış konsepsiyası işlənib hazırlanıb və bu brend altında 10 avtomobil ilkin olaraq Bakıda fəaliyyətə başlayıb”. 

Son xəbərlər

Orphus sistemi