“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC xarici bazara çıxıb

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC xarici bazara çıxıb Bakı. 31 oktyabr. REPORT.AZ/ “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Azərbaycan istehsalı olan aqrar məhsulların xarici bazara çıxarılması üçün Rusiya, Belarus, Ukrayna, Çexiya, Fransa, BƏƏ, Bəhreyn, Qətər kimi ölkələrdə yerləşən ərzaq firmalarına əməkdaşlıq məktubları göndərib və onlarla bir sıra məhsuldar görüşlər keçirib.
ASK
31 Oktyabr , 2017 17:01
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC xarici bazara çıxıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Azərbaycan istehsalı olan aqrar məhsulların xarici bazara çıxarılması üçün Rusiya, Belarus, Ukrayna, Çexiya, Fransa, BƏƏ, Bəhreyn, Qətər kimi ölkələrdə yerləşən ərzaq firmalarına əməkdaşlıq məktubları göndərib və onlarla bir sıra məhsuldar görüşlər keçirib.

“Report” xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Əbülfət Qocayev məlumat verib.

Onun sözlərinə görə, artıq Rusiyanın 2 iri ticarət şirkəti ilə müqavilə imzalanıb: “Müqaviləyə əsasən, həmin şirkətlərə meyvə-tərəvəz məhsullarının göndərilməsinə başlanılıb. İndiyə qədər dəyəri 54 mln. manatdan çox olan 43,5 min tona yaxın məhsul ixrac edilib. Ölkənin ixrac coğrafiyasında nisbətən yeni olan ərəb ölkələri ilə aparılan danışıqların nəticəsi kimi, bu ilin sentyabr ayında Qətərə bir yük maşını (TIR) müxtəlif məhsulların ilk partiyası yola salınıb, növbəti aylarda bu istiqamətdə satışın daha da artırılması gözlənilir”. 

Son xəbərlər

Orphus sistemi