“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC 2018-ci il üzrə alış proqnozunu açıqlayıb

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC 2018-ci il üzrə alış proqnozunu açıqlayıb Bakı. 31 oktyabr. REPORT.AZ/ Hazırda “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin istifadəsində ümumi tutumu 19 min kv.m.dən çox anbar təsərrüfatı mövcuddur.
ASK
31 Oktyabr , 2017 16:38
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC 2018-ci il üzrə alış proqnozunu açıqlayıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Hazırda “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin istifadəsində ümumi tutumu 19 min kv.m.dən çox anbar təsərrüfatı mövcuddur.

“Report” xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin sədri Əbülfət Qocayev məlumat verib.

Onun sözlərinə görə, gündəlik mal dövriyyəsini həyata keçirmək üçün 10 yük avtomobili alınıb, 18-i isə icarəyə götürülüb.

Ə, Qocayev qeyd edib ki, rəhbərlik etdiyi qurum fəaliyyət göstərdiyi 10 ay ərzində dövlət büdcəsindən maliyyələşən 863 satınalan təşkilatla 1919 təchizat nöqtəsinə məhsul təchizatı ilə bağlı müqavilələr bağlayıb: “Bunun üçün ötən il noyabrın 8-də istifadəyə verilmiş tedaruk.az saytında satınalan təşkilatların tələbatları əsasında 173 növ məhsul üzrə satınalma elanı yerləşdirilib. Bu il sentyabrın 1-nə qədər 1 761 istehsalçı və satıcıdan təklif qəbul edilib. Həmin təkliflər təhlil olunduqdan, təklif verən satıcıların istehsal prosesinə və məhsulların saxlanma şəraitinə baxış keçirildikdən sonra ən uyğun təklifi verən 376 müəssisə ilə satınalma müqaviləsi bağlanılıb”.

Bundan başqa, onun sözlərinə görə, bu ilin ilk 9 ayında büdcədən maliyyələşən dövlət satınalan təşkilatları 18 məhsul növü üzrə 37 min ton həcmində ərzaq məhsulları ilə təmin edilib, satın alınan məhsulun dəyəri 66,497 mln. manat təşkil edib: “Bunun böyük hissəsi (395 nəfəri fermer və 276-sı şirkət olmaqla) yerli istehsalçılardan alınıb, bu isə böyük həcmdə vəsaitin yerli istehsalçıların dövriyyəsinə daxil olması deməkdir”.

Ə.Qocayev həmçinin bildirib ki, artıq gələn il üçün satınalan təşkilatların ərzaq məhsullarına olan tələbatının həcmini müəyyən edilib: “Satınalan təşkilatları ilboyu 163 adda (mal əti və ət məmulatları, çörək və undan hazırlanan məmulatlar, süd və süd məhsulları, düyü, kərə yaьı, meyvə-tərəvəz, şəkər tozu və s.) ərzaq məhsulları ilə təmin ediləcək. Satınalan təşkilatların tələbat həcmi proqnoz olaraq 79 409 ton müəyyən olunub. Bu isə o deməkdir ki, gələn il yerli istehsalçılara daha çox vəsait ödəniləcək”. 

Son xəbərlər

Orphus sistemi