Yuxarı

Erməni silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Tərtərin 6 yaşayış məntəqəsinə ziyan dəyib

Həyətyanı və əkin sahələrinə çoxlu sayda mərmi düşüb

Bakı. 27 aprel. REPORT.AZ/ Erməni silahlı birləşmələrinin atəşkəsi növbəti dəfə pozması nəticəsində Tərtərdə bir sıra yaşayış evlərinə ziyan dəyib. "Report" xəbər verir ki, ümumilikdə Tərtər şəhər mərkəzi də daxil olmaqla 6 yaşayış məntəqəsi ziyan çəkib.

Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun verdiyi məlumata görə, Ermənistan ordusunun Azərbaycanın işğal altında olan torpaqlarının təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atıcı silahlardan, eləcə də artilleriya qurğularından atəşə tutması nəticəsində 21 fərdi yaşayış evinə ciddi ziyan dəyib. Rayonun Qaynaq və Həsənqaya kəndlərində yerləşən iki ev isə tamamilə dagıdılıb.

Evlərin həyətyanı və əkin sahələrinə çoxlu sayda mərmi düşüb.

Eləcə də 6 yaşayış məntəqəsində elektrik, su, qaz və rabitə təsərrufatına ciddi ziyan dəyib.

Yaranmış problemlər adiyyəti qurumlar tərəfindən yenidən bərpa edilib, əhali bütün kommunal xidmətlərlə təmin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi