Əli Məsimli: "Aqrar sığorta haqqında" qanunda sığortaçının vəzifələri göstərilməyib"

Əli Məsimli: "Aqrar sığorta haqqında" qanunda sığortaçının vəzifələri göstərilməyib" Azərbaycanda aqrar sığorta mexanizminin işləməsi üçün o, çox sadə olmalıdır. Aydın göstərilməlidir ki, sığorta olunanın, sığortaçının və dövlətin üzərinə nə düşür”.
ASK
3 May , 2019 15:04
Əli Məsimli: Aqrar sığorta haqqında qanunda sığortaçının vəzifələri göstərilməyib

"Azərbaycanda aqrar sığorta mexanizminin işləməsi üçün o, çox sadə olmalıdır. Aydın göstərilməlidir ki, sığorta olunanın, sığortaçının və dövlətin üzərinə nə düşür”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Aqrar sığorta haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib.

Onun sözlərinə görə, sənəddə sığortaçının vəzifələri göstərilməyib: “Halbuki, dövlətin və sığortaolunanın vəzifələri aydın şəkildə əks olunub. Balansı qorumaq üçün hər 3 tərəfin vəzifələri düzgün formada göstərilməlidir”.

“Azərbaycanda sığorta ilə bağlı problem ondan ibarətdir ki, ən yaxşı halda yığılan sığorta pulunun 80-85%-i sığortaçıya çatır, 10-15% sığorta olunanlara verilir: “Elə bəhanələr gətirirlər ki, bu bəhanələrin çoxu vəsaitin alınmasına mane olur. Ona görə də aydın yazılmalıdır. Məsələn yazılır ki, təbii fəlakət - şimşək çaxdı, yağış yağdı və təsərrüfata ziyan vurdu. İndi sığortaçı gələndə bəhanə axtaracaq ki, yağış yağmağına yağıb, ziyan dəyib, amma şimşək çaxmayıb. Qanunda yazılıb ki, şimşək də çaxmalıdır. Belə xırdalıqlar əsasında kənd təsrrüfatı ilə məşğul olan insanlar sığorta ödənişindən məhrum edilib. Bunlara sədd çəkilməlidir ki, vəsait çox asanlıqla alınsın. Mən alqışlayıram ki, sığorta mexanizmində İKT-dən yüksək səviyyədə istifadə edilməsinə qanunda yer verilir. Bu, məmurla sığortaçı arasında mənfi xarakterli məqamların aradan qaldırılması üçün çox vacibdir. Amma nəzərə alsaq ki, Azərbaycanda 800 mindən artıq xırda təsərrüfat var və onların hamısı kompüter texnologiyasından hələ istifadə edə bilmir. Odur ki, bu məsələni hələlik qanunda saxlayaq, amma alternativ variantdan da istifadə olunsun ki, mexanizm işləsin”, - deyə millət vəkili qeyd edib. 

Son xəbərlər

Orphus sistemi