EKTİS-də qeydiyyatdan keçmiş baytarların sayı 1 000-i ötüb

EKTİS-də qeydiyyatdan keçmiş baytarların sayı 1 000-i ötüb “Report” bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin ötənilki fəaliyyətinə dair hesabına istinadən xəbər verir
ASK
28 Mart , 2021 10:15
EKTİS-də qeydiyyatdan keçmiş baytarların sayı 1 000-i ötüb

İndiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tərkibində 1 000-dən çox baytarın, habelə baytarlıq idarələrinin, süni mayalanma mütəxəssislərinin qeydiyyatı həyata keçirilib, onlara elektron kabinet formalaşdırılıb və fermerlərə heyvanlarını qeydiyyatdan keçirmə imkanları yaradılıb.

“Report” bu barədə Nazirlik yanında Aqrar Tədqiqatlar Mərkəzinin ötənilki fəaliyyətinə dair hesabatına istinadən xəbər verir.

“Baytarlıq Xidmətlərinin Monitorinqi Altsisteminin formalaşdırılması istiqamətində işlər davam etdirilir”, - deyə sənəddə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi