​Ekspert: "Azərbaycanda milli valyutanın devalvasiyası idxal məhsullarına təsir edəcək"

​Ekspert: "Azərbaycanda milli valyutanın devalvasiyası idxal məhsullarına təsir edəcək" Kənd təsərrüfatına ayrılan subsidiyaların artırılması təklif olunur
ASK
27 Fevral , 2015 15:01
​Ekspert: Azərbaycanda milli valyutanın devalvasiyası idxal məhsullarına təsir edəcək

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanda milli valyutanın devalvasiyası ölkəyə idxal olunan kənd təsərrüfatı, ərzaq məhsullarının qiymətinə təsir edəcək və ərzağın ən azı 30% bahalaşacağı gözlənilir. 

"Report"un verdiyi xəbərə görə, bunu iqtisadçı Vahid Məhərrəmov "Manatın devalvasiyasının Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və gözlənilən nəticələrin qiymətləndirilməsi" mövzusunda keçirilən ekspert müzakirəsində çıxışında bildirib.

Onun sözlərinə görə, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı üçün istehsal vasitələri, gübrə, texnologiya xaricdən gətirilir: "Bu da istər-istəməz sahibkarın xərcini artırır. Beləliklə, qiymət artımı yerli məhsullardan da yan keçməyəcək".

"Ötən il ölkədən 291 mln. dollar həcmində meyvə-tərəvəz ixrac olunub ki, bu da olduqca cüzi rəqəmdir. Qeyd edim ki, Azərbaycanın kənd tərərrüfatı ixracının əsasını məhz meyvə-tərəvəz təşkil edir", - ekspert bildirib.

V.Məhərrəmov qeyd edib ki, Azərbaycanın çörəyə olan tələbat idxaldan asılıdır: "Ölkəyə ötən il 1,6 mln. ton taxıl, 1,5 mln. ton ərzaq buğdası idxal olunub. Ötən il fevralın 1-də Rusiya ixrac etdiyi taxılın qiymətinə 37 avro əlavə edib və bununla da Rusiyadan aldığımız buğda daha baha olacaq".

"Devalvasiya artıq baş verib və indi əsas məsələ hökumətin bundan sonra atacağı addımlardır. Kənd təsərrüfatı sahəsinin dəstəklənməsi üçün bu sahəyə güzəştli kreditlər, subsidiyalar ayrılmalıdır. Hazırda 24-30%-lə kreditlər təklif olunur. Lakin kənd təsərrüfatında elə sahələr var ki, orada rentabellik sıfırdır. Ona görə bu sahəyə subsidiyalar artırılmalıdır", - analitik vurğulayıb.

Son xəbərlər

Orphus sistemi