Ekspert: "Azərbaycanda aqrar sektor son 10 ildə nəzərəçarpacaq dərəcədə inkişaf edib"

Ekspert: "Azərbaycanda aqrar sektor son 10 ildə nəzərəçarpacaq dərəcədə inkişaf edib" "2010-2020-ci illərdə Azərbaycanda aqrar sektor nəzərəçarpacaq dərəcədə inkişaf edib, xüsusilə taxılçılıqda ciddi nailiyyətlər əldə olunub".
ASK
103
30 İyul , 2021 16:40
Ekspert: Azərbaycanda aqrar sektor son 10 ildə nəzərəçarpacaq dərəcədə inkişaf edib

"2010-2020-ci illərdə Azərbaycanda aqrar sektor nəzərəçarpacaq dərəcədə inkişaf edib, xüsusilə taxılçılıqda ciddi nailiyyətlər əldə olunub".

Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı deyib.

"Ölkədə taxıl istehsalının illik həcmi 3,5 milyon tona çatdırılıb. Onun da 1,7 milyon tonu buğdadır. Bu, çox böyük potensialdır", - deyə o qeyd edib.

"Sadəcə problem ondadır ki, bizim fermerlərin əziyyətlə yetişdirdikləri buğdanın böyük əksəriyyəti heyvan yemi kimi istifadə edilir, yerli un istehsalında payı azdır. Bunun üçün lazım olan taxılı Rusiya, Qazaxıstandan, Ukraynadan idxal edirik. Halbuki, ölkəni yerli istehsal olan taxılla təmin etmək üçün potensialımız var. Bu istiqamətdə işlər görülməlidir. Xüsusən bölgələrdə mövcud olan dəyirman şəbəkələrinin dağıdılması bu işə mənfi təsir edib. Çünki Azərbaycanın yerli buğdası sərt buğdadır, idxal edilən buğda isə yumşaq olur", - deyə ekspert əlavə edib.

Bundan başqa, Q.Bayramlının sözlərinə görə, son illər pambıqçılıqda da ciddi inkişaf olub: "Bildiyiniz kimi, əvvəllər bu sadə tənəzzüldə idi. Lakin son 5-6 ildə bu sahədə böyük inkişaf var. Ümumiyyətlə isə kənd təsərrüfatı Azərbaycanda qeyri-neft sektorunda ən prioritet sahələrdən biridir, böyük potensialı var. Azərbaycanın iqlim şəraiti, torpaqları, ümumiyyətlə bitkilərin becərilməsi, heyvanların saxlanılması üçün lazımi şəraiti var. Bu potensialın qiymətləndirilməsi vacib məsələdir. Bunun üçün ölkədə aparılan islahatların davamlı olmasına ehtiyac var".

O, həmçinin qeyd edib ki, Qarabağın işğaldan azad olunması da kənd təsərrüfatının inkişafı baxımından mühüm amildir: "İşğaldan azad edilmiş torpaqlarımızın aqrar sektora cəlb olunması gündəmdədir. Bu həm kənd təsərrüfatı məhsulları istehsalının artması, həm də həmin ərazilərdə yaşayacaq insanların məşğulluğunun təmin edilməsi deməkdir".

Son xəbərlər

Orphus sistemi