“Ekoloji arıçılıq” üzrə Məşvərət Şurasına sədr seçilib

“Ekoloji arıçılıq” üzrə Məşvərət Şurasına sədr seçilib Məşvərət Şurasının iclası keçirilib
ASK
12 Yanvar , 2017 19:54
“Ekoloji arıçılıq” üzrə Məşvərət Şurasına sədr seçilib

Bakı. 12 yanvar. REPORT.AZ/ AMEA-nın Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzində “Ekoloji arıçılıq” üzrə Məşvərət Şurasının iclası keçirilib. 

Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan prioritetlərdən biri də ölkədə ekoloji təmiz məhsul istehsalının inkişaf etdirilməsidir. Ölkənin regionları arasında özünün əlverişli şəraiti baxımından Şəki-Zaqatala regionu bu sahənin inkişafı üçün daha böyük üstünlüklərə malikdir.

Şəki-Zaqatala regionunda ekoloji təmiz istehsal sahələrinin yaradılması və inkişafı prosesini gücləndirmək üçün ilk növbədə əhalinin müxtəlif təbəqələrinin maarifləndirilməsi və potensial məhsul istehsalçılarının təlimlərə cəlb olunması çox mühüm məsələdir.

Bu məqsədə nail olmaq üçün AMEA-nın Qax rayonunda fəaliyyət göstərən Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin nəzdində ekoloji arıçılıq, ekoloji heyvandarlıq və ekoloji əkinçilik istiqamətləri üzrə yüksək ixtisaslı mütəxəssislərin, peşəkar fermerlərin iştirakı ilə Məşvərət Şuraları yaradılmışdır. Məşvərət Şuralarının bilavasitə dəstəyi ilə ekoloji təsərrüfatçılığa keçid mərhələsində olan fermerlər arasında maarifləndirmə işinin genişləndirilməsi, onlara peşə yönümlü məsləhətlərin verilməsi və innovativ texnologiyaların tətbiqi üzrə müasir informasiyanın vaxtlı-vaxtında çatdırılması işlərinin gücləndirilməsi nəzərdə tutulur.

“Ekoloji arıçılıq” üzrə Məşvərət Şurasının ötən gün iclası keçirilərək onun iş proqramı təsdiq edilib. Azərbaycan Arıçılar Assosiasiyasının Prezidenti Bədrəddin Həsrətov Məşvərət Şurasının sədri seçilib.

Son xəbərlər

Orphus sistemi