Yuxarı
    Bağlamaq

    ​EBRD: Rusiyanın ərzaq idxalına qadağa qoyması Qərb ölkələrinə ciddi təsir etməyəcək

    EBRD-nin hesabatı: Rusiya bir çox məhsulların idxalında Qərb ölkələri, xüsusən də Ukraynadan asılıdır

    Bakı. 19 sentyabr. REPORT.AZ/ Rusiyanın Qərbdən meyvə-tərəvəz və başqa ərzaq məhsulları idxalına qoyduğu qadağa ən çox Baltikyanı ölkələr, Norveç, Polşa və Macarıstan, həmçinin Rusiyanın özünə mənfi təsir edəcək. “Report”un məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) hazırladığı hesabatda məlumat verilib.

    Hesabata görə, Rusiyanın Qərbində Ukrayna olaylarına görə atdığı sanksiyalara cavab olaraq yürütdüyü bu siyasət EBRD-yə daxil olan 11 ölkə və digər Qərb ölkələrinə o qədər də təsir etməyəcək. Belə ki, qadağa qoyulan ölkələr sırasında Rusiyaya ən çox mal ixrac edən Litvadır ki, bu da onun ÜDM-in 2,72%-ni təşkil edir. Ümumilikdə isə Rusiyaya ixrac Litva ixracının 3,89%-nə bərabərdir.

    Rusiyanın idxal etdiyi ət, balıq, süd və süd məhsullarının əksəriyyəti Avropanın 28 ölkəsinin payına düşür. Bu məhsulların 53%-ni Rusiyaya Litva ixrac edir. Ümumilikdə, Rusiyaya ixrac edilən adıçəkilən qida məhsullarının 85%-dən çoxu Litva, Polşa və Latviyanın payına düşür.

    EBRD Rusiyanın bir çox məhsullara görə Qərb ölkələrindən, xüsusən də Ukraynadan asılı olduğunu açıqlayıb. Rəsmi məlumatlara görə, Rusiya meyvə-tərəvəzin 18-20%-ni idxal edir ki, bunun da 40%-ə qədəri Ukraynanın payına düşür. Həmçinin, istehlak edilən pendir və digər süd məhsullarının da 10%-ə qədəri idxal olunur və burada Ukraynanın payı 80%-dir.

    Xatırladaq ki, Rusiya Qərb ölkələrindən meyvə, tərəvəz, ət, balıq, süd və süd məhsullarının idxalına 1 il müddətində qadağa qoyub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi