​Dünyada taxıl istehlakı artır

​Dünyada taxıl istehlakı artır FAO: Dənli bitkilərin istehlakının bir ildə 1,2% artacağı gözlənilir
ASK
13 İyul , 2015 15:10
​Dünyada taxıl istehlakı artır

Bakı. 13 iyul. REPORT.AZ/ Dünyada 2015/16-cı illərdə dənli bitkilərin istehlak həcmi 2 534 mln. tona çatacaq. "Report" BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən məlumat verir ki, bu, 2014/15-ci kənd təsərrüfatı illəri ilə müqayisədə 1,2% (30 mln. ton) yüksək göstəricidir. 

Bu artımın yarıdan çox hissəsi yem bitkilərinin payına düşəcək. Belə ki, təşkilatın iyul ayındakı hesablamalarına görə, yem məhsulundan istifadə 1,4%, yəni 1 306 mln. tona qədər yüksələcək. Bu, xüsusən Braziliya, Çin və ABŞ-da qarğıdalı yeminə olan tələbatın artması ilə əlaqələndirilir.

FAO-nun iyun proqnozlarına əsasən, bu ay dünyada düyü istehlakının proqnozlaşdırılan həcmi bir qədər azalaraq 507 mln. tona düşüb. Bu, 2014/15-ci illərin mövsümü ilə müqayisədə 7 mln. ton çoxdur. Halbuki ötənilki artımın əsas hissəsi ərzaq istehlakının artması ilə izah edilirdi. 

Son xəbərlər

Orphus sistemi