Yuxarı
    Bağlamaq

    Dünyada ilk alkoqolsuz pivə istehsalına start verilib

    Hazırda dünyada alkoqolsuz sayılan pivənin tərkibində 0,5-1,2% alkoqol var

    Bakı. 4 fevral. REPORT.AZ/ Belçikada dünyada ilk dəfə tam alkoqolsuz pivə istehsalına başlanılıb. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu məlumatı ölkənin "Soir" qəzeti yayıb. 

    Dünyaca məşhur "AB İnBev" pivə istehsalçısı bir neçə il ərzində apardığı araşdırmalar nəticəsində 100% alkoqolsuz pivənin innovativ metodunu tətbiq edərək onu patentləşdirib. 

    Qeyd edək ki, hazırda dünyada istehsal olunan alkoqolsuz pivənin tərkibində 0,5-1,2% alkoqolun olduğu bildirilir. Yaxın günlərdə Belçikanın mağazalarında yeni innovativ alkoqolsuz pivənin 1 milyon şüşəsinin pulsuz dequstasiyasına başlanacaq. 

    Xatırladaq ki, Belçikada 450 növ pivənin istehsal olunur və bunlardan çoxu dünyanın ən yaxşısı hesab edilir. Həmçinin bildirmək lazımdır ki, Belçikada hər növ pivənin öz xüsusi bokalı var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi